Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan virtual aləmin nəhənglərinə xəbərdarlıq etdi


“Facebook”, “Google” və digər bir neçə şəbəkə Hindistan Ali Məhkəməsi (HAM) tərəfindən xəbərdar edilib. HAM bu addımını adıçəkilən şəbəkələrin səhifələrində “təhqir və əxlaqa zidd” yazıların olması ilə əsaslandırıb.

Artıq sözügedən saytlar Hindistanda qadağan oluna bilər. Çünki məhkəmə bildirib ki, əgər bu cür yazılar aradan qaldırılmasa, Çindəki kimi bütün bu səhifələr bağlanacaq.

“Facebook”, “Google” ilə yanaşı, 10 fərqli xarici sayt da məhkəməyə verilib. Bu saytlar martın 13-dək qadağan olunmuş yazıları səhifələrindən təmizləməlidirlər.  Məhkəmənin baş hakimi Vinay Ray “Microsoft”, “Yahoo!” və “YouTube”dan da narazı olduqlarını dilə gətirib.
 
 





18/01/12    Çap et