Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un məşhur "Like" düyməsi Almaniyada qeyri-qanuni elan edilib


"Facebook" sosial şəbəkəsinin məşhur "Like" düyməsi Almaniyada qeyri-qanuni elan edilib və ondan istifadəyə qadağa qoyulub. Məxfiliyin Qorunması üzrə Müstəqil Mərkəzin rəhbəri Tilo Vayhertin sözlərinə görə, saytda "Like" düyməsi varsa, istifadəçinin, hətta o, qeydiyyatdan keçməyibsə belə, keçidləri, sessiyaların davamına qədər bütün məlumatları ABŞ serverlərinə ötürülür. "www.webmaster.ru" saytının məlumatına görə, Vayhert belə istifadənin nəinki Almaniya qanunvericiliyinə, eləcə də Avropa İttifaqının hüquq normalarına zidd olduğunu iddia edir.

Məxfi məlumatların mühafizəsi üzrə alman ekspertləri hesab edirlər ki, "Facebook" toplanmış informasiyaları istifadəçilərinin aktiv fəaliyyətinin analizi ilə yanaşı, reklamlarda hədəf kimi də tətbiq edir.

Nəticədə, bütün kompaniyalara sentyabra qədər saytlarından "Like" düyməsinin yığışdırılması həvalə olunub. Əks halda, qərara riayət etməyənləri 50 min avro həcmində cərimə gözləyir.

"Facebook" təmsilçiləri də öz növbəsində "Like" düyməsinin İP ünvan olaraq istifadəçilərin belə məlumatlarının ötürülməsinə malik olduğunu təsdiqləyiblər.  Amma şəbəkə nümayəndələri bu məlumatların internet-bazarın standartlarına uyğun olaraq, 90 gündən artıq qorunmadığını vurğulayıblar.

Həmçinin, onlar bildiriblər ki, istifadəçilər plaqinlərdən istifadə zamanı sosial şəbəkədə öz məlumatlarına tam nəzarət edə bilərlər.
 





18/01/12    Çap et