Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçiləri öldükdən sonra belə mesajlarını dərc edə biləcəklər


"Facebook" sosial şəbəkəsində "İf İ Die" adlı əlavə peyda olub. Əlavə mesaj yazmağa və ya video çəkməyə imkan verir. Əgər istifadəçi ölsə, həmin mesaj və ya video onun səhifəsində görünəcək.

"Ölümünüzdən sonra nəyin yadda qalmasını istəyirsiniz?" - əlavə belə sual verir, həmçinin mesaj yazmağı və ya video müraciət etməyi təklif edir.

İstifadəçiyə öz dostları siyahısından üç nəfəri seçməyi təklif edirlər. Belə ki,  onlar onun ölümü haqqında informasiyanı təsdiq etməli olacaqlar.

Təsdiqləndikdən sonra mesaj lentdə avtomatik olaraq görünəcək.Müraciət və ya mesajın təsadüfən vaxtından əvvəl dərc edilməməsi üçün  sistem, həmçinin insanla elektron poçt vasitəsi ilə əlaqə saxlamağa cəhd edəcək.

Əlavənin müəllifləri ondan necə istifadə etmək haqqında videoçarx da çəkiblər. Onlar kədərli müraciət deyil, bunun əvəzinə lətifə, gülməli zarafat danışmağı, öz gizli sirri ilə bölüşməyi tövsiyə ediblər.Qeyd edək ki, əlavəni artıq dünyanın müxtəlif ölkələrindən təxminən 30 min istifadəçi yükləyib.





18/01/12    Çap et