Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti “QR” kodlar vasitəsi ilə “Gmail” poçt qutusunun təhlükəsizliyini gücləndirəcək
"Google şirkəti" autentifikasiya üçün "QR" kodları tətbiq etməklə poçt xidmətindən istifadə zamanı təhlükəsizliyin gücləndirilməsinin yeni üsulunu testdən keçirib. Yeni üsul poçt qutusuna kənar kompyuterdən daxil olduqda və ya klavişlərin sıxılmasını izləyən klaviatura casuslarından narahat olanlar üçün əlverişlidir.
Yeni autentifikasiya sistemindən istifadə etmək üçün mobil qurğuda "QR" kodu oxuya bilən əlavə lazımdır. Həmin əlavə vasitəsi ilə kompyuterdə veb səyyahın pəncərəsindəki kodu oxumaq lazımdır.
Bundan sonra hesabın sahibi mobil qurğuda istifadəçi adının və şifrənin daxil edilməsi üçün yaradılmış ünvana keçir. Lazımi məlumatları daxil etməklə istifadəçi öz poçt qutusuna artıq kompyuterdə daxil olur.
Poçt qutusuna daxil olmaq üçün bu üsul bir qədər qəribə səslənsə də, lakin onu yoxlayan jurnalistlərin sözlərinə əsasən, hər şey kifayət qədər sadədir və bəzi vəziyyətlərdə əhəmiyyətli ola bilər.
18/01/12 Çap et