Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəyə hər ay 10 min ədəd mobil telefon idxal edilir


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 7,1 milyon dollardan çox olan 119,8 min ədəd mobil telefon gətirilib. Dövlət Statistika Komitəsinin 2011-ci ilin yekunları üzrə statistik hesabatında qeyd edilir ki,  2010-cu ilin analoji göstəricisi ilə müqayisədə mobil telefonların idxal həcmi 23,7 faiz, pulla ifadədə isə 15,6 faiz artıb.

Ölkəyə hər ay orta hesabla təxminən 10 min ədəd mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə təxminən 600-650 min dollar təşkil edir.





19/01/12    Çap et