Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” məlumat mübadiləsi üçün yeni imkanlar açır


“Facebook” sosial şəbəkəsi məlumat mübadiləsi zamanı istifadəçilərin müxtəlif faylları paylaşması və bərabər istifadə edə bilməsi üçün üçün təxminən 60 yeni tətbiq forması əlavə edib.

http://www.electroname.com saytının məlumatına görə, proqramda yeni tətbiq formaları (applications) şəbəkə istifadəçilərinə “Facebook”un hazırda “Facebook Timeline” kimi məşhur olan profili vasitəsilə ən xırda detalları belə bölüşmək imkanı yaradır.

Xatırladaq ki, əvvəllər də belə tətbiq formalarının köməyi ilə istifadəçilər musiqi və musiqi siyahılarının mübadiləsi üçün Spotify, məqalə və məlumatları oxumaq üçün isə Yahoo News və digər serverlərdən istifadə ediblər.

Yeni tətbiq formaları isə kulinariya, səyahət, moda və qiraət kimi sahələrdə mübadilə imkanlarını daha da genişləndirəcək. “Facebook” təmsilçiləri bildirirlər ki, istifadəsi çox asan olan yeni proqramların yalnız bir dəfə qurulması yetərlidir.

Gələcəkdə onlar nəzərdə tutulan sahə üzrə istənilən məlumatları izləmək imkanı verəcək. Burada nəyi paylaşıb-paylaşmamağı isə istifadəçilər özləri təyin edəcəklər. Yeni tətbiq formalarından biletlərlə iş imkanları yaradan “Ticketmaster”i qeyd etmək olar.

Şəbəkə rəsmiləri yaxın gələcəkdə tətbiq formaları kataloquna onlarla yeni oxşar məhsulun daxil ediləcəyini də bildiriblər.
 





19/01/12    Çap et