Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mark Zukerberq söz verdi...
"Facebook" təsisçisi Mark Zukerberq antipiratçılıqla mübarizəyə dair "SOPA" (Stop Online Piracy Act) və "Protect İP Act" (PİPA) qanun layihələrinə qarşı öz fikirlərini ifadə edib.
"Biz yaxşı düşünülməmiş qanun layihələrinin internetin inkişafına mane olmağına imkan verə bilmərik" – o, sosial şəbəkədə öz səhifəsində belə yazıb.
"Facebook" "SOPA" və "PİPA" qanun layihələrinə qarşı çıxır və biz internetə zərər gətirəcək istənilən qanunlara qarşı çıxmağa davam edəcəyik" – Mark Zukerberq qeyd edib. O, həmçinin əlavə edib ki, ümumdünya şəbəkəsi dünyanın birləşdirilməsi üçün güclü vasitəyə çevrilib.
"Dünyanın ən böyük sosial şəbəkəsinin təsisçisi bildirib ki, bu gün dünyanın interneti dəstəkləyən siyasi liderlərə heç vaxt olmadığı kimi ehtiyacı var. Belə insanlar "SOPA" və "PİPA" kimi qanun layihələrinin ziyanını başa düşməyə qadirdilər"- deyə Mark Zukerberq qeyd edib.
Qeyd edək ki, dünən qalmaqallı qanun layihələrinə qarşı keçirilən irimiqyaslı internet aksiyasından sonra bir çox konqres üzvləri "SOPA" və "PİPA" qanun layihələri ilə bağlı öz fikirlərini dəyişdiriblər.
19/01/12 Çap et