Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən il rabitə və informasiya texnologiyaları sahəsi qeyri-neft sektorunda ən sürətlə inkişaf edən sahə olub
2011-ci il ərzində Azərbaycan ərazisində kompyuter və digər elektron avadanlıqların istehsalı 22,8 faiz artıb. Bu məlumatı Dövlət Statistika Komitəsi yayıb. Komitə bildirir ki, ötən ildə rabitə və informasiya texnologiyaları sahəsi qeyri-neft sahələri arasında ən sürətlə inkişaf edən sahələrdən biri olub.
Sahənin əməkçiləri əhaliyə, müəssisə və təşkilatlara 1 mlrd. 245 milyon manatlıq, yaxud 2010-cu illə müqayisədə 11,8 faiz çox xidmət göstəriblər.
Xidmətlərin 72,7 faizi bilavasitə əhaliyə göstərilib və 15,4 faiz artıb. Komitədən bildirilir ki, ölkə əhalisinin hər iki nəfərindən biri internetdən istifadə edib və eləcə də internetdən istifadə tarifləri aşağı salınıb.
19/01/12 Çap et