Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan DİN-də virtual stolüstü sistemlər tətbiq edilib
Azərbaycanın Daxili İşlər Nazirliyində ABŞ-ın "NComputing" şirkətinin virtual stolüstü sistemləri tətbiq edilib. Bu barədə "ITComputing" şirkətindən məlumat verilib.
"NComputing" terminal həllərinin tətbiqi kompüterləşdirməyə çəkilən xərcləri əsaslı şəkildə azaltmağa, məlumatların maksimum təhlükəsizliyini təmin etməyə, şəbəkəyə icazəsiz çıxışı məhdudlaşdırmağa, eləcə də kompüterləşdirmənin ənənəvi metodları ilə müqayisədə elektrikə tələbatı on dəfələrlə azaltmağa imkan verir.
Məlumata görə, həmçinin, bu həllərin respublikanın orta təhsil müəssisələrində də geniş tətbiqi üzrə işlər aparılır. Bu gün ölkənin təxminən on məktəbində bu sistem artıq tətbiq edilib.
ABŞ-ın "NComputing" şirkətinin terminal həlləri ölkənin Təhsil Nazirliyinə də satılıb və respublikadakı bəzi özəl şirkətlərdə, tibb müəssisələrində və banklarda artıq istifadə olunur.
"NComputing"in virtuallaşdırılmış proqram təminatı monitora, klaviaturaya və siçana malik olan kompüterlərə girişi terminal vasitəsilə əlaqələndirən serverdə işləyir. Bu halda bütün hesablamalar mərkəzi serverdə aparılır.
30/06/11 Çap et