Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da iki şagird öz məktəb saytlarının məlumatlarını oğurlayıblar
ABŞ-da iki orta məktəb şagirdi ölkədə informasiya mübadiləsi üçün minlərlə müəllim və şagird tərəfindən istifadə edilən proqram əlavəsinə giriş əldə etmək üçün oğurlanmış şifrələrdən istifadə ediblər.
“Lake Braddock Secondary School” məktəbinin nümayəndələri yanvar ayının 3-ü tarixində, qış tətilindən sonra birinci tədris günündə şəxsi məlumatların itməsi haqqında polisə məlumat veriblər.
Kibercinayətkarlar öz məktəb saytlarının verilənlər bazasına tam giriş əldə ediblər, bu resursdan təhsil müəssisəsi tərəfindən müəllimlərin tapşırıqlarının nəşri və s. üçün tətbiq edilən informasiyanın çox hissəsini siliblər.
Bundan əlavə, məktəblilər “sındırılmış” sistem vasitəsi ilə digər şagirdlərə onların müəllimləri adından təhqiredici mesajlar göndərilməsi üçün də istifadə ediblər. “Sındırılma” hələ keçən ilin dekabr ayında baş verib, lakin məktəb nümayəndələri məzuniyyətdə olduğundan onu vaxtında aşkar etməyiblər.
Artıq polis həmin iki şagirdi saxlayıb. Məsuliyyətə, həmçinin “Blackboard” şirkəti cəlb oluna bilər. Belə ki, “sındırılmış” proqram təminatının istehsalçısı məhz bu şirkətdir.
19/01/12 Çap et