Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
4,5 milyon insan “Google”-u dəstəkləyir
"Google" kompaniyasının yaydığı məlumata görə, onun ABŞ-ın antipiratlığa görə iki qanun layihəsi –"SOPA" və "PİPA"ya qarşı onlayn ərizəsini imzalayan insanların sayı bu gün 4,5 milyona çatıb.
"Google" və bir çox digər kompaniyaların qanun layihələrinin mövqeyini əks etdirən onlayn-ərizənin linki kompaniyanın əsas səhifəsində yerləşdirilib.
Belə ki, "SOPA" (Stop Online Piracy Act) layihəsi qəbul edilərsə, ABŞ hakimiyyət orqanları internet-provayderlərdən bütün pirat materialları olan saytlara giriş imkanlarını bloklamaq tələbini irəli sürmək hüququ qazanacaq.
Bu qanun layihəsinə "RİAA" və "MPAA" media-kampaniya assosiasiyaları isə dəstək verirlər. Onların bəyanatına görə, şəbəkədən istifadə ilə bağlı yeni qanunların qəbulu məzmun oğurluğundan müdafiə və hüquqların qorunması üçün olduqca vacibdir.
"SOPA" əleyhinə isə "Google", "Facebook", "Yahoo", "Twitter", "Mozilla", "eBay", "Linkedln", "AOL", "Zynga" və s. kimi bir çox internet-kompaniyalar aktiv çıxış edirlər.
İnternet nəhənglərinin təmsilçiləri hesab edirlər ki, bu qanun layihəsinin qəbulu ilə ABŞ veb-saytlara münasibətdə həddindən artıq hakimiyyət qazanmış olacaq.
19/01/12 Çap et