Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Elmlər Akademiyası AzScienceNet şəbəkəsinin istifadəçi eyniləşdirmə bazasını yaradacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) AzScienceNet elmi kompüter şəbəkəsi çərçivəsində istifadəçi eyniləşdirmə bazasını yaratmaq fikrindədir.
Bu məqsədlə institut Transavropa Elmi-Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasını(TERENA) təcrübəsindən istifadə etmək fikrindədir.
Eyniləşdirmə bazasının yaradılması vahid parol və loqin tətbiq etməklə perspektivdə AzScienceNet bazasında istifadəsi mümkün olacaq xeyli sayda xidmətlərdən istifadə etmək imkanı verəcək.
Elmi kompüter şəbəkəsinin özü də TERENA şəbəkə infrastrukturuna qoşulmaq imkanı qazanacaq.
Artıq bu il istifadə oluna biləcək xidmətlərdən biri Eduroam (education roaming) xidməti olacaq. O, artıq AzScienceNet bazasında sınaq rejimində açılıb.
Eduroam xidmətinin açılması barədə sənədlər baxılmaq üçün TERENA-ya təqdim edilib, onun təsdiqləməsindən sonra sistem təcrübə istismarına veriləcək. Perspektivdə xidmətdən AMEA-nın Bakıda və regionlardakı bütün struktur bölmələrində istifadə etmək mümkün olacaq.
Eduroam xidməti elmi müəssisələrin və təhsil sisteminin əməkdaşlarına yerlərini dəyişdikləri və ezamiyyətdə olduqları zaman internetə pulsuz çıxış əldə etməyə imkan verəcək.
Eduroam-un fəaliyyət zonasında olan istifadəçi özünün yalnız "təhsil rouminqi" xidmətində qüvvədə olan uçot məlumatlarından ( ad və paroldan) istifadə etməklə internet şəbəkəsinə qoşula bilər.




30/06/11    Çap et