Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb


Yapon şirkəti Ortus Technology yüksək dəqiqlikli rəqəmli kameralarda istifadə üçün nəzərdə tutulan ekran hazırlayıb.
Qeyd edilir ki, bu gunkü təqdim edilmiş panel 3D-kontenti əks etdirmək imkanına malik ən kiçik Full HD displeyidir. Onun diaqonalı 4,8 düym təşkil edir, kəskinlik — 1920×1080 piksel (2D-rejimdə düymdə 458 nöqtə).
Stereoskopik şəkilin formalaşması üçün xüsusi Xpol plyonkası tətbiq olunur, məhz onun sayəsində təsvir sol və sağ göz üçün əks edilir. Bu halda üfüq (horizontal) üzrə kəskinlik 2 dəfə azalır, lakin həcmli məzmuna baxmaq üçün isə xüsusi eynək lazımdır.
Panel diod işıqla təchiz edilmişdir, 16 milyon rəng çalarından yuxarı əks etdirir və 160 dərəcədə baxış bucağını təmin edir.
Ortus Technology şirkəti 3D-ekranların kütləvi istehsalına yaxın gələcəkdə başlamağı planlaşdırır.






01/06/11    Çap et