Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Uşaqlar üçün yeni planşet istifadəyə verilib


Oyuncaq istehsalçısı “LeapFrog” “LeapPad Explorer” planşeti istehsal edib. Qurğu 4 yaşdan 9 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Uşaq planşeti 480x272 piksel kəskinlikli 5 düyməli sensor ekranla təchiz olunub və 400 MHz tezlikli prosessor istifadə edir. “LeapPad”-da foto və video çəkilişlər üçün kamera, həmçinin akselerometr və mikrofon mövcuddur. Qurğunun yaddaşına əvvəlcədən 4 proqram yazılıb.
Planşet üçün təxminən 100 proqram isə “LeapFrog” saytında yerləşdirilib. Onların arasında oxumağı və yazmağı öyrədən proqramlar, interaktiv rəngləmələr, musiqi proqramları və sağlam həyat tərzinin əsaslarını öyrədən proqramlar var. “LeapPad Explorer”də “Wi-Fi” modulu yoxdur, buna görə də proqramların quraşdırılması üçün qurğunu kompyuterə qoşmaq lazımdır. ABŞ-da uşaq planşeti satışa avqustun 15-də 99,99 dollar qiymətinə çıxarılacaq. “LeapPad Explorer” planşetinin digər ölkələrdə satılıb-satılmayacağı haqqında məlumat bildirilmir. Planşet üçün proqramların qiyməti 5 25 dollar arasında dəyişir.




30/06/11    Çap et