Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə server bazarına yeni çiplər “hücum”a başlayacaqlar
“ARM” şirkətinin icraçı direktoru Uorren İst korporativ avadanlıq bazarının mənimsənilməsi üzrə şirkətin planlarını ifadə edib.
Hal-hazırda “ARM” çipləri, əsasən mobil qurğularda, planşet kompyuterlərində, smartfonlarda və s-də istifadə edilir. Bəzi şirkətlər isə serverlərdə “ARM” nüvələrinin tətbiqi istiqamətində təcrübə aparırlar.
Cənab İstin sözlərinə əsasən, onun şirkəti “ARMv8” arxitekturasında prosessorlarla işləyən sistem nümunələrinin yaranmasından sonra 2014-cü ildə server bazarına “hücum”a başlayacaq. Qeyd edək ki, “ARMv8” – bu, “ARM”-nin ilk 64 mərtəbəli platformasıdır.
O, 32 mərtəbəli “ARMv7” platformasının bütün üstünlüklərinə varis olub.“ARM”-nin 64 mərtəbəli çipləri, həmçinin mikroserverlərdə də tətbiq olunacaq.
19/01/12 Çap et