Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İBM” korporasiyasının mədaxil və mənfəəti artıb


“İBM” korporasiyasının maliyyə göstəriciləri analitiklərin proqnozlarını üstələyib.“İBM” korporasiyası 2011-ci ilin dördüncü rübündə 29,5 milyard dollar dəyərində mədaxil əldə edib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə 2% çoxdur.

Proqram təminatı korporasiyaya 7,6 milyard dollar, onlayn xidmətlər sahəsi isə 10,5 milyard dollar mədaxil qazandırıb. Aparat həllərinin satışları 8% azalaraq 5,8 milyard dollar təşkil edib.

“İBM”-in dördüncü rübdə xalis mənfəəti 4% artaraq 5,5 milyard dollar təşkil edib.“İBM” korporasiyasına 2002-ci ildən rəhbərlik etmiş Semuel Palmizano 2012-ci il yanvar ayının 1-də tutduğu vəzifəni tərk edib. İcraçı direktor vəzifəsini öz üzərinə 1981-ci ildə korporasiyaya sistem mühəndisi kimi gəlmiş Virciniya Rometti götürüb.





21/01/12    Çap et