Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” hesabat verdi
"Microsoft" korporasiyası cari maliyyə ilinin ikinci rübünün nəticələri haqqında məlumat verib.
"Redmond" korporasiyasının mədaxili 20,9 milyard dollar təşkil edib. Bu, əvvəlki maliyyə ilinin ikinci rübündəki nəticədən təxminən 5% çoxdur.
Ofis məhsulları və biznes-paketlərlə korporasiya təxminən 6,3 milyard dollar dəyərində mədaxil qazanıb. Əsasən oyun konsollarına ixtisaslaşdırılan əyləncə məhsulları bölməsində 15% artım qeydə alınıb. Server həllərinin satışlarından əldə olunan mədaxil isə 4,8 milyard təşkil edib.
Bununla belə "Windows" əməliyyat sistemləri və müvafiq xidmətlərlə bağlı biznes sahəsi mənfi nəticə göstərib: bu sahədə gəlir 1 il ərzində 6% azalaraq 4,7 milyard dollar təşkil edib. "Microsoft" korporasiyası qeyd edib ki, bu, həmçinin netbuklara aşağı tələbatın olması ilə bağlıdır.
Belə ki, onların satışları planşet satışları fonunda aşağı düşür. Ümumilikdə, korporasiya 525 milyondan çox "Windows 7" lisenziyası satıb.
"Microsoft" korporasiyasının xalis mənfəəti 1 il ərzində dəyişməz qalıb; 6,6 milyard dollar səviyyəsində.
21/01/12 Çap et