Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər daha çox nəyə üstünlük verir: Telefon aparatına, yoxsa proqram təminatına?


ABŞ-da “İGR” şirkəti tərəfindən keçirilmiş tədqiqat nəticəsində məlum olub ki, “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonları alarkən istehlakçılar “Samsung” şirkətinin aparatlarına üstünlük verirlər. Sonrakı pillələrdə  isə “Motorola”, “HTC” və “LG” şirkətləri gəlir.

Həmçinin məlum olub ki, ABŞ-da 47% smartfon istifadəçisi “Android” aparat, 24% isə “iPhone” sahibidir. 45% respondent isə hər hansı qurğunu satın almamışdan əvvəl mobil əməliyyat sistemi haqqında maraqlandıqlarını  və yalnız bundan sonra bu və ya digər qurğunu almaq haqqında qərar qəbul etdiklərini bildiriblər.
 





21/01/12    Çap et