Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” məhkəmə təhqiqatlarına 60 milyon dollar xərcləyib


Yanvar ayının 20-si tarixində növbəti məhkəmə hökmünün çıxarılmasından sonra "Samsung" şirkəti "Apple" şirkəti ilə hüquqa qarşı durmasının ona hansı qiymətə başa gəlməsi haqqında məlumat verib.

Koreya korporasiyası rəhbərliyinin nümayəndələrindən biri bildirib ki, "Samsung" şirkəti 1 ildən az bir müddətdə müxtəlif hüquqi prosedurlara 60 milyon dollar xərcləyib. Bu barədə "Röyters" xəbər agentliyi yazıb.

Bununla belə "Samsung" şirkəti məğlubiyyətlə üzləşib: Almaniyada məhkəmə Koreya istehsalçısına qarşı qərar çıxarıb; belə ki, onun "Apple" şirkətinə qarşı telekommunikasiya patentlərindən birinə olan şikayətini rədd edib. Lakin, hələ 2 patent müzakirə mərhələsindədir. Qeyd edək ki, hökm yanvar ayının 27-si və mart ayının 2-də çıxarılacaq.
 





21/01/12    Çap et