Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əməliyyat sistemlərinin yeni reytinqi dərc olunub


“Nokia” şirkəti ilə əməkdaşlıq sayəsində “Microsoft” korporasiyası mobil əməliyyat seqmentində rəqiblərini sıxışdıra biləcək.  “iSuppli” ekspertləri belə hesab edirlər. Mütəxəssislərin sözlərinə əsasən, “Windows Phone” 2015-ci ildə “iOS”-u ötərək ən geniş yayılmış mobil platformalar arasında ikinci yerə çıxacaq.

“iSuppli” analitikləri hesab edirlər ki, 4 il sonra “Microsoft” korporasiyasının mobil platforması 16,7% smartfonda quraşdırılacaq, “iOS” ilə isə 16,6% smartfon işləyəcək. “Android” əməliyyat sistemi 58,1% nəticə ilə lider olaraq qalacaq.

2011-ci ilin nəticəsinə görə vəziyyət aşağıdakı kimidir: “Windows Phone” mobil əməliyyat sisteminin payına 1.9%, “Apple” şirkətinin mobil əməliyyat sisteminin payına 18%, “Android”-in payına isə  47,4% düşüb.

 





21/01/12    Çap et