Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” ABŞ-da işləmək üçün ən yaxşı kompaniya seçilib
“Fortune” nəşri ABŞ-da işləmək üçün ən yaxşı kompaniyaların siyahısını tərtib edib. Siyahıda ötən il dördüncü yerdə olan “Google” bu dəfə ilk yeri tutub. Bundan başqa, “NetApp”, “Zappos.com” və “Intel” də ən yaxşı informasiya texnologiyaları kompaniyaları kimi nəşrdə yer alıblar.
Qeyd edək ki, bu gün “Google” kompaniyasının ştatında təxminən 18,5 minə yaxın əməkdaş var. 2011-ci ildə şirkətin əməkdaşlarının sayı 33 faiz artıb. Analitiklərin sözlərinə görə, “Google” bazarda şəffaf mövqeyə malikdir.
Şəffaflığı sayəsində kompaniya ən çətin iqtisadi vəziyyətə asanlıqla duruş gətirir və bununla da arzuolunan kompaniya imicini qoruyur.
21/01/12 Çap et