Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni internet provayder fəaliyyətə başlayıb


Hal-hazırda “Ailə TV” abunəçilərinə tam kommunikasiya paketi təklif edir. Şirkətdən verilən məlumata görə, televiziya xidməti ilə bərabər “Ailə Net” internet provayderi artıq fəaliyyətə başlayıb. “Ailə Net” brendi Azərbaycanda ilk dəfə olaraq müştərilərin mənzillərinə fiber optik kabel ilə genişzolaqlı internet çəkir və bu da 1 mb/s-dən 100 mb/s-dək internet qoşulma sürəti seçmək imkanı verir. Texnologiya “pilot” rejimində Nizami və Xətai rayonlarında fəaliyyət göstərir. Yaxın gələcəkdə bütün Bakı şəhərinin ərazisində”Ailə Net” fəaliyyət göstərəcək.




30/06/11    Çap et