Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə İKT sektorunda artım tempi 12,8 faiz olub


Ötən illə müqayisədə İKT sektorunda artım tempi 12,8 faiz, o cümlədən telekommunikasiya sektorunda 9,8 faiz, İT sektorunda 1,4 dəfə, poçt sektorunda 5 faiz, informasiya sektorunda isə 33 faiz təşkil edib.

2011-ci ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1314,9 milyon manat təşkil edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) ilin yekunları ilə bağlı keçirilən iclasında RİTN Aparatının rəhbəri Vidadi Zeynalov bildirib ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 75,3 faizi özəl rabitə müəssisələrinin payına düşüb.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66,8 faizi mobil sektordan daxil olub və əvvəlki illə müqayisədə mobil sektor üzrə real artım tempi 3,6 faiz təşkil edib.

2011-ci il ərzində İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,8 faiz, qeyri-neft ÜDM-də payı isə 3,7 faiz olub. Bundan başqa, RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2011-ci il ərzində dövlət büdcəsinə 37 milyon manat, DSMF-yə isə 15,6 milyon manat vəsait ödənilib.





21/01/12    Çap et