Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə sisteminin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində işlər davam etdirilir
Ölkənin müasir texnologiyaların tətbiqi, rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması istiqamətində davamlı işlər görülür. Bu məqsədlə 2011-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 144,5 mln. manat investisiya qoyuluşu həyata keçirilib.
Ümumilikdə isə ötən il sektora 415,0 milyon manat investisiya qoyulub. Qeyd edək ki, bu, ölkə iqtisadiyyatına qoyulan investisiyanın 3.2%-ni təşkil edir.
Sektora qoyulan investisiyaların 246,4 milyon manatı mobil operatorlar, 144,5 milyon manatı RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən yatırılıb.
Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat dövründə 15 ədəd ATS rekonstruksiya olunub, 60 yeni ATS istifadəyə verilib, 22 ədəd ATS-də genişləndirmə işləri aparılıb.
Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 49 896 nömrə artırılmış və beləliklə, ölkə üzrə ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 717 196 nömrəyə çatdırılıb.
23/01/12 Çap et