Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefon xidmətlərinin qiyməti 30 faiz aşağı düşüb
2011-ci ildə ölkənin mobil şəbəkəsində abunəçilərlə hesablaşmalarda "kontur" sistemindən "manat" sisteminə keçilməsi mobil telefon xidmətlərinin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, ötən il mobil telefon xidmətlərinin qiyməti 30%, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50% azalıb.
Bununla yanaşı, dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən illə müqayisədə 35.0 mln. dəqiqə artaraq 723,0 mln. dəqiqə, çıxış trafikinin həcmi 22,0 mln. dəqiqə artaraq 182.0 mln. dəqiqə təşkil edib.
23/01/12 Çap et