Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən il rabitəçi idmançılar üçün zəfər ili olub
Əvvəlki illərdə olduğu kimi 2011-ci ildə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən idmanın inkişafına yaxından köməklik göstərilməsi məqsədi ilə "Rabitəçi" İdman Klubuna 561.5 min manat vəsait ödənilib.
İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək 31 qızıl, 29 gümüş və 42 bürünc medala layiq görülüblər.
Həmçinin, "Rabitə Bakı" voleybol komandası 2010/2011 Azərbaycan Çempionatının I və II dövrələrinin nəticələrinə görə birinci yeri tutaraq, ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olub və Qətərin paytaxtı Doha şəhərində keçirilmiş Dünya çempionatında bütün rəqiblərini məğlub edərək Dünya çempionu adını qazanıb.
23/01/12 Çap et