Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dördnüvəli "LG X3" smartfonu
"PocketNow" saytı "LG" şirkətinin flaqman smartfonunun təsvirini dərc edib. Ehtimal ki aparat fevral ayında keçiriləcək "MWC 2012" sərgisində təqdim ediləcək. Qurğu "X3" adlanır və "NVİDİA Tegra 3" platformasına əsaslanır. Dördnüvəli prosessorla təchiz edilib. Aparatın qalınlığı təxminən 9 mm təşkil edir.
"LG X3" smartfonu 1280x720 piksel təsvir ölçülü 4,7 düymlü ekran, "NFC", "Bluetooth 4.0" və "Wi-Fi" modulları, 16 QB daxili yaddaş, "microSD" slotu, 2000 mA/saat tutuma malik akkumulyator, iki kamera (əsas 8 meqapiksel və ön hissədə yerləşən 1,3 meqapiksel) ilə təchiz edilib.
Əməliyyat sistemi kimi "Android 4.0"-ın quraşdırılacağı bildirilib.
23/01/12 Çap et