Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RİM” şirkətinin rəhbərləri işdən çıxarılıb


Mayk Lazaridis və Cim Balsile “Research İn Motion” şirkətində icraçı direktor vəzifəsindən azad ediliblər. Bu barədə şirkətin rəsmi məlumatında bildirilib. Onlar 1992-ci ildən “CEO” vəzifəsində çalışırdılar.

“CEO” vəzifəsinə isə Torsten Xeyns təyin edilib. O, həmçinin şirkətin prezidenti səlahiyyətlərinə də malikdir.
Mayk Lazaridis “RİM” Direktorlar şurasının vitse-prezidenti və innovasiyalar (İnnovation Committee) üzrə yeni komitənin sədri təyin edilib.

O, idarənin vitse-prezidenti vəzifəsində Xeynsin strateji inkişafla bağlı konsultantı olacaq. Balsile, həmçinin şirkətin Direktorlar şurasında qalacaq.





23/01/12    Çap et