Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mac OS X” əməliyyat sistemi üçün yaradılan virusların sayı artır
2011-ci ilin aprel ayından dekabra kimi olan dövr ərzində “Mac OS X” əməliyyat sistemi üçün yaradılan virusların sayı artıb. “F-Secure” antivirus şirkətinin ekspertlərinin hesabatında belə qeyd edilib.
2011-ci ilin son 9 ayı ərzində mütəxəssislər “Mac OS X” əməliyyat sisteminin işinə zərər vura bilmək imkanına malik 58 unikal virus aşkar ediblər. Onların yarısı Troyan-yükləmələrdir (Trojan-Downloader).
“Mac OS X” əməliyyat sistemi istifadəçiləri üçün ən problemli ay iyun olub. Belə ki, bu ay ərzində 12 təhlükə aşkar edilib. 2012-ci ildə də “Mac OS X” əməliyyat sistemi üçün virus fəallığı davam edəcək.
Məlumat üçün qeyd edək ki, “Apple” şirkəti bu yaxınlarda “Mac OS X” əməliyyat sisteminə ziyanverici proqram təminatının təyin edilməsi ilə bağlı yeni funksiyalar əlavə edib.
23/01/12 Çap et