Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT sahəsi üzrə ixtisaslaşmış investisiya fondunun yaradılması təklif edilir


Bu il də ölkədə informasiya texnologiyaları məhsulları istehsalının və ixrac potensialının artırılması diqqət mərkəzində olacaq. Bu məqsədlə hələ 2011-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən təkliflər paketi hazırlanıb.

Hesabat dövründə hazırlanmış təkliflər bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi, xarici investisiyaların təşviqi və İKT sahəsində dinamik və sürətli inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur.

Hazırlanan təkliflər artıq Prezident Administrasiyasına təqdim edilib. Təkliflər paketində İKT sahəsi üzrə ixtisaslaşmış investisiya fondunun yaradılması, vergi-gömrük güzəştlərinin tətbiqi və bir sıra digər mühüm tədbirlər yer alıb. Hazırda bu istiqamətdə əlaqədar qurumlarla müvafiq iş aparılır.





23/01/12    Çap et