Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Proqramçı 10 milyon dəyərində kod oğurlayıb
ABŞ hakimiyyəti 32 yaşlı proqramçı Bo Janqı ittiham edib. Proqramçı 9,5 milyon dollar dəyərində kod oğurluğunda təqsirli bilinir. Bu barədə "Röyters" xəbər agentliyi bildirib.
ABŞ Maliyyə Nazirliyinə məxsus olan proqram təminatının kodu Bo Janq tərəfindən qanunsuz olaraq köçürülüb. Bu hadisə o, Nyu-Yorkda Federal ehtiyat bankının ştatdankənar əməkdaşı işləyən zaman baş verib.
Kod Amerika hakimiyyəti tərəfindən həyata keçirilən pul köçürmələrinin izlənilməsi üçün nəzərdə tutulub; onun vasitəsi ilə hökumət agentliklərinin maliyyə hesabı tərtib edilir. Proqramçının verdiyi ifadələrə əsasən, o, kodu şəxsi məqsədlə istifadə etmək üçün xarici sərt diskə yazıb.
Bo Janq yanvarın 18-də həbs edilib. Əgər təqsirli olmağı sübut edilsə, onu 10 il müddətində həbsxana həyatı gözləyir. Bo Janq həbs edildikdən sonra 200 min dollar dəyərində girov qoyaraq zaminə buraxılıb. Bu iş üzrə məhkəmənin növbəti iclası fevral ayının 17-də olmalıdır.
23/01/12 Çap et