Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet yeniyetmələrin savad səviyyəsini artırır


Sidney Universitetinin alimlərinin araşdırmalarına əsasən, internet 13-17 yaş aralığında olan yeniyetmələrin savadlanmasına yaxşı təsir edir. Doktor Cen Skott Kervud hesab edir ki, internet gənclərin savad səviyyəsinin artırılması üçün effektiv alətdir.

O, eyni zamanda vurğulayır ki, valideynlər internetin müsbət təsirlərinə baxmayaraq, uşaqların internetdən istifadəsini məhdudlaşdırmalıdırlar.

Tədqiqat müasir gənc ədəbiyyat pərəstişkarları tərəfindən yaradılmış saytlara daxil olan Avstraliya, Kanada və ABŞ yeniyetmələri arasında keçirilib. Kervudun fikrinə görə, məhz belə saytlar yeniyetmələrin savad səviyyəsinə müsbət təsir göstərir.





23/01/12    Çap et