Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mühəndislər rəqəmli foto və musiqi emalının sürətini 10 dəfə artırmağa söz veriblər
Massaçusets Texnologiya İnstitutundan tədqiqatçılar qrupu “Furyenin sürətli dəyişikliyi” (Fast Fourier transform) deyilən bir effektə yeni elmi yanaşma hazırlayıb. Yeni elmi yanaşma sayəsində rəqəmli foto emalının və kompyuterdə səsin kodlaşdırılmasının sürətini 10 dəfə artırmaq olar.
Məlumat üçün qeyd edək ki, “Furyenin sürətli dəyişikliyi” rəqəmli sahədə artıq təxminən 50 ildir ki istifadə olunur. Alqoritmlərin sadələşdirilməsi qeyri-müntəzəm əsl siqnaldan bir sıra əsas tezlikləri təcrid etməyə və onları daha yığcam formata çevirməyə imkan verir. Yeni texnika əsas tezlikləri təcrid edərək siqnalı çox kiçik hissələrə bölməyə imkan verir.
23/01/12 Çap et