Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet tutumu hər 6 ildən bir ikiqat artır


Çinin tədqiqatçılar qrupu 2001-ci ilin dekabrından 2006-cı ilin dekabrına qədər olan dövr ərzində ümumdünya şəbəkəsi vasitəsi ilə ötürülən  verilənlərin artım sürətini təhlil edib. Onların gəldiyi nəticəyə əsasən, internet tutumu  hər 6  ildən bir ikiqat artır.

Müqayisə üçün qeyd edək ki, XX əsrin əvvəllərinə qədər insanlar tərəfindən toplanılmış biliklərin tutumu hər 100 ildən bir ikiqat artıb. Hal-hazırda isə insan biliklərinin ümumi tutumu iki-üç ilə ikiqat artır. Mütəxəssislər  bunda ümumdünya şəbəkəsinin  əhəmiyyətli rolunun olduğunu qeyd edir. Təkcə, bütün informasiyanın 70 faizinin internetin yaranması ilə meydana gəldiyini demək kifayətdir.
 





23/01/12    Çap et