Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” saytları hədsiz reklamlara görə cəzalandıracaq
İstifadəçilərinin şikayətlərinə reaksiya verən “Google” bəyan edib ki, bundan sonra səhifələrində hədsiz sayda reklam verməklə axtarış sisteminin reytinqini aşağı salan veb-saytları cəzalandıracaq.
“Biz lazımi informasiya axtarışında olan, amma reklam axınından məlumatı əldə edə bilməyən istifadəçilərimizdən çoxsaylı şikayətlər almışıq”-deyən “Google” kompaniyasının mühəndisi Mett Katts bununla bağlı tədbirlər görüləcəyini bildirib. Belə ki, çoxlu reklam yerləşdirməklə sui-istifadə edən saytlar şirkətin axtarış reytinqində azaldılacaqlar.
Hərəkətli və səhifələrin üzərinə çıxan reklamlara görə “Google” tərəfindən hələlik saytların cərimə olunmayacağını bildirən Kattsın sözlərinə görə, amma gələcəkdə belə layihələrə sanksiyaların tətbiq olunması istisna edilmir. Kompaniyadan veb-masterlərə “hədsiz reklam” anlayışını müəyyənləşdirmək üçün heç bir alət verilməyəcəyi də vurğulanıb.
“Google” təmsilçilərinn proqnozlarına görə, alqoritmdə nəzərdə tutulan dəyişiklik axtarış sistemində olan saytların yalnız 1 faizinə təsir edəcək.Kompaniyanın bu addımına qarşı müstəqil ekspertlərin fikirləri haçalanır.
Bəziləri “Google” şirkətinin özünün axtarış nəticələri səhifəsinin yuxarısnda “AdSence” elanları yerləşdirməsini tənqid etsə də, digərləri saytların artıq qazanc arxasınca qaçaraq, öz layihələrini yersiz reklam axını ilə doldurmaqda günahlandırırlar.
Qeyd edək ki, daha bir həftə öncə “Google” mobil saytlarda elanların verilməsi üçün bütün reklam mexanizmlərinin optimallaşdıracağını bəyan etmişdi.
24/01/12 Çap et