Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Deputat sosial şəbəkələrdəki dostları ilə görüşüb


Millət vəkili Fuad Muradov yeni bir ənənənin əsasını qoyub. Deputat «facebook» və «twitter» sosial şəbəkələrində olan bir qrup virtual dostu ilə canlı görüş keçirib.

«İctnews» xəbər verir ki, görüşdə iştirak edənlərin əksəriyyəti gənclər olub. Heç bir vasitənin canlı ünsiyyət qədər insanları bir-birinə yaxın etmədiyini deyən F.Muradov görüş zamanı bildirib ki, hazırda sosial şəbəkələr vasitəsi ilə müxtəlif forumlarda gənclərlə əlaqə saxlayır, fikirlərini paylaşır: «Amma monitor arxandan insanları daha dəqiq tanımaq olmur.

Mən bilmirəm, müxtəlif sosial şəbəkələrdəki qruplarda birləşmiş insanlar bəlkə də biri-biriləri ilə real həyatda görüşür, amma millət vəkili qismində biz ilk dəfə belə bir addım atdıq. Mən seçicilərimlə tez-tez görüşürəm, insanlarla daim ünsiyyətdəyəm.

Amma sizinlə görüşdə əsas məqsədlərdən biri də daha yaxından tanış olmaq, müxtəlif mövzularda fikir mübadiləsi aparmaqdır".
Daha sonra millət vəkili gənclərlə böir sıra məsələlər ətrafında müzakirələr aparıb.
 
 
 





24/01/12    Çap et