Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi koreyalılar tezliklə tibbi analizləri smartfonlara etibar edəcəklər


Cənubi Koreya alimlərinin səyi nəticəsində koreyalılar xəstəxanalarda tibbi analiz verməklə əlaqədar növbələrdən qurtulacaqlar.

Tezliklə ölkə sakinləri şəxsi orqanizmlərini əlverişli vaxtda evdə, nəqliyyatda, ümumiyyətlə, istənilən yerdə yoxlaya biləcəklər. Onların biomolekulyar analiz verməsi üçün yeni smartfon modelinin ekranına barmaqla toxunmaları kifayətdir.

"Ağıllı telefon"a quraşdırılmış tənzimçilər barmaqdan alınmış elektron impuls-siqnalları oxuyacaq və  təsnif edəcəklər. Sonra isə smartfon sahibinə diaqnoz qoyulacaq. Alimlər belə smartfonların yaxın gələcəkdə  həkimləri və onların tibbi avadanlıqlarını əvəz edəcəklərinə şübhə etmirlər.
 





24/01/12    Çap et