Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“YouTube” videohostinqində hər gün 4 milyard videoçarxa baxılır
Son 8 ay ərzində "YouTube" videohostinqində videoçarxlara baxışların sayı 25 faiz artaraq 4 milyarda çatıb. Bu barədə "Röyters" xəbər agentliyi məlumat verib. Populyarlığının artmasının əsas səbəblərindən biri xidmətin smartfon üzərindən də xidmət göstərməsidir. Videohostinq xidmətinə hər dəqiqə 60 saatlıq video yüklənilir, halbuki 2011-ci ilin may ayında bu göstərici 48 saat təşkil edib.
24/01/12 Çap et