Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti mobil qurğularda kameraların keyfiyyətini artırmağa imkan verən yeni texnologiya yaradıb
Yaponiyanın “Sony” şirkəti portativ qurğularda foto və videokameraların işini idarə edən kiçik fotoqrafiya sensorlarının yeni texnologiya həlli haqqında bildirib.
“Sony” şirkətindən bildiriblər ki, yeni sensorlar vasitəsi ilə daha keyfiyyətli şəkillər alınır, həmçinin onlar smartfon və ya planşet daxilində daha kiçik yer tuturlar. Bundan əlavə, yeni optik sensorların istehsalı ucuzdur,- “Sony” şirkətindən bildiriblər.
“Sony” şirkəti yeni sensorları cari ilin yazında istehsal etməyə başlayacaq, onların kütləvi istehsalı isə payıza nəzərdə tutulub. Şirkətdən bildiriblər ki, yeni sensorlar ilk əvvəl smartfonlar üçün nəzərdə tutulmuşdu, lakin cüzi dəyişiklik etməklə onlar digər elektronikalara, məsələn, videokameralara uyğunlaşdırıla bilərlər.
24/01/12 Çap et