Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” mikrobloqlar xidməti “Dasient” antivirus startapını satın alıb


“Twitter” mikrobloqlar xidməti “Dasient” startapını satın almasını bildirib. Məlumat üçün qeyd edək ki, “Dasient” startapı ziyanverici proqram təminatı və spam ilə mübarizə üçün nəzərdə tutulmuş veb-xidmətlərin həlli ilə məşğul olur.

Sazişin maliyyə şərtləri bildirilməyib, -“TechCrunch” bloqu yazıb. “Dasient” startapının komandası mikrobloqlar platformasının pul qazanmaq məsələləri üzərində çalışan   “Twitter” əməkdaşlarına qoşulmalıdırlar.

2009-cu ildə “Dasient” şirkəti ziyanverici proqram təminatı ilə mübarizə aparmaq üçün onlayn-platformasını istifadəyə verib. Onlayn-platforma bağlantı və saytları ziyanverici məzmun üzrə yoxlaya bilir.

Bundan əlavə, “Dasient” 2010-cu ildə ziyanverici reklam elanları ilə mübarizə üçün nəzərdə tutulmuş ilk veb-xidmət istifadəyə verib. Bu texnologiyaların “Twitter”  xidmətinə inteqrə olunub-olunmayacağı hələlik məlum deyil.





24/01/12    Çap et