Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 yaşlı amerikalı belə planşet istifadəçisidir
ABŞ-da bayramqabağı satış mövsümündə ən çox alınan cihazlar planşet və elektron kitabları oxumaq üçün qurğular olub.
“Pew İnternet & American Life Project” sorğusunun nəticələrinə əsasən, dekabr ayının ortalarında planşetlər təxminən 10% həddi-büluğa çatmış amerikalıda olub. Lakin artıq yanvar ayının ilk həftələrində bu göstərici 19% təşkil edib, yəni bir aydan az bir müddətdə ABŞ-da planşet kompyuter sahiblərinin sayı təqribən 2 dəfə artıb.
Bukrider seqmentində də eyni vəziyyət müşahidə olunur: həmin dövr ərzində belə qurğu sahiblərinin sayı, həmçinin 10%-dən 19%-ə qədər artıb.
Planşet və riderlər 30-49 yaşlılar arasında daha çox populyardır.
İlkin hesablamalara əsasən, 2011-ci ildə dünyada 50-60 milyon planşet kompyuteri satılıb. 2010-cu il ilə müqayisədə artım 250%-dən çox təşkil edib.
“Gartner” analitikləri hesab edirlər ki, planşet tədarükləri 100 milyonu ötəcək. 2015-ci ildə planşet kompyuter bazarının həcmi 330 milyona çata bilər.
24/01/12 Çap et