Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Google+un istifadəçiləri sürətlə artır
Google şirkətinin Baş icraçı direktoru Larri Peyc Google+ sosial şəbəkəsinin istifadəçilərinin sayının 90 milyon nəfəri ötdüyünü bildirib.
Peycin aktiv hesabların sayını açıqlamamasına baxmayaraq google+un sürətlə populyarlaşması diqqət çəkir . Açıqlanan rəqəm 2011-ci ilin son rübündə göstərilən istifadəçi sayından 2 dəfə artıqdır.
Qeyd edək ki, 2012-ci ilin sonunda istifadəçilərin 400 milyon civarında olacağı proqnozlaşdırılır. Yanvar ayında sürətli artım bu proqnozun gerçək olacağı ehtimalını artırır.
24/01/12 Çap et