Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“USB 3.0” texnologiyasını dəstəkləyən smartfon və planşetlər ilin sonuna kimi istehsal edilə bilər


Mobil qurğular il ərzində "USB 3.0" (SuperSpeed USB) texnologiyası ilə təchiz ediləcəklər, -"USB İmplementers Forum" qeyri-kommersiya təşkilatının texniki direktoru Rəhman İsmayıl (Rahman İsmail) bildirib.

"MicroUSB 3.0" portu ilə təchiz edilmiş smartfon və planşet kompyuterləri verilənləri 800 Mbit/s sürətlə ötürə biləcəklər. Bu, "USB 3.0" texnologiyasını dəstəkləyən fərdi kompyuterlər ilə müqayisədə azdır.

Məlumat üçün qeyd edək ki, "USB 3.0" texnologiyasını dəstəkləyən fərdi kompyuterlərdə verilənlərin ötürülmə sürəti 5 Qbit/s-dir.

Ötürmə sürətinin az olması sərf edilən enerjiyə olan tələb və akkumulyator batareyasının yükünün effektiv xərclənməsi ehtiyacı ilə izah olunur.Yeni standarta keçidin mobil qurğularda verilənlərin ötürülməsi sürətini təxminən 10-12 dəfə artırmağa imkan verəcəyi qeyd edilir.

"USB 3.0" texnologiyasını dəstəkləyən smartfon və planşetlər bazarda bu ilin sonu və ya 2013-cü ilin əvvəlində çıxa bilər.
 





24/01/12    Çap et