Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan poçtu MDB-də birincidir


"Azərpoçt" MMC "Cricket" sistem vasitəsi ilə hal-hazırda dünyanın 138 ölkəsi ilə əməkdaşlıq edir. Müəssisədən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sisteminin tutumu məhdud olduğu üçün hələlik yalnız 24 ölkə - İngiltərə, İsveçrə, ABŞ, Almaniya, Finlandiya, Honq-Konq, Yaponiya, Çin Xalq Respublikası, Hindistan, Sinqapur, Xorvatiya, İspaniya, İsveç, Niderland, Yunanıstan, Çexiya, Pakistan, Misir, Estoniya, İordaniya, Slovakiya, Danimarka, Cənubi Afrika və Malta ilə həyata keçirilir. "Azərpoçt" MMC bundan başqa dünyanın 59 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir.

Bu sistem vasitəsilə ötən il ərzində sifarişli göndərişlər üzrə çıxan sorğuların sayı 428 ədəd, daxil olanların sayı isə 432 ədəd təşkil edib.

Azərbaycan poçt müdiriyyəti beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulmasına görə MDB-də birincidir.Qeyd edək ki, bu göstərici Ümumdünya Poçt İttifaqı tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirilib.
 





24/01/12    Çap et