Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda telefon nömrələri 800 minə çatıb


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi şəbəkəsi ATS-lərinin montaj tutumları 778000 nömrəyə çatdırılıb. Bu barədə "ictnews.az" elektron xəbər xidmətinə birliyin texniki direktoru Rəsul Qurbanov məlumat verib.

Onun sözlərinə görə, stansiyaların rekonstruksiyası, genişləndirilməsi və yerinin dəyişdirilməsi ilə yanaşı, şəbəkənin xətt şəbəkəsində 18000 cüt yeni xətt qurğuları tikilərək istifadəyə verilmiş, şəbəkə ATS-lərinin alternativ rabitəsinin təşkili və eyni zamanda internet xidmətlərinin göstərilməsini genişləndirmək məqsədilə şəbəkədə 33,4 km fiber optik kabellərin çəkilməsi təmin olunub.


Qeyd edək ki, "Azevrotel"MMC-nin BTRİB-in tabeliyinə verilməsindən sonra bu şəbəkədə də modernləşdirmə aparılır.





25/01/12    Çap et