Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti hesabat verib
“Apple” şirkəti bu yaxınlarda 2012-ci maliyyə ilinin birinci rübü üzrə maliyyə hesabatını dərc edib.
“Apple” şirkətinin nəticələri analitiklərin proqnozlarını əhəmiyyətli dərəcədə üstələyib.
Maliyyə hesabatının dərc edilməsindən sonra “Apple” şirkətinin səhmləri artıq 10% bahalaşıb,- “Business İnsider” bildirib.
Maliyyə ilinin birinci rübündə şirkətin mədaxili 46,33 milyard dollar təşkil edib.
Bu göstərici “Apple” şirkətinin tarixində rekord göstəricidir. Analitiklər mədaxilin 38,76 milyard dollar dəyərində təşkil edəcəyini proqnozlaşdırmışdılar.Şirkətin xalis mənfəəti isə 13,06 milyard dollar təşkil edib. Bu, həmçinin rekord göstəricidir.
25/01/12 Çap et