Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AMD” noutbuk seqmentində rekord məbləğdə illik gəlir əldə edib
“AMD” şirkətinin mədaxili 2011-ci ilin IV rübündə 1,69 milyard dollar təşkil edib. Qeyd edək ki, keçən il bu göstərici 1.65 milyard dollar olub. Şirkətin zərəri isə 177 milyon təşkil edib.
“AMD” şirkətinin mədaxili 2011-ci ilin nəticəsinə əsasən, 6,57 milyard dollara bərabər olub. Keçən il şirkət 30 milyondan çox hibrid prosessor (APU) istehsal edib. Nəticədə şirkət noutbuk seqmentində rekord illik mədaxil əldə edib.
“AMD” şirkəti 2012-ci ilin I rübündə keçən ilin IV rübü ilə müqayisədə mədaxilin 8% azalmasını proqnozlaşdırır. 2012-ci ildə şirkət rəhbərliyi biznesin gücləndirilməsi üzrə tədbirləri davam etməyi planlaşdırır.
25/01/12 Çap et