Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” niyə ABŞ-da istehsal olunmur?
“New-York Times”ın hesabatı “iPhone”-un niyə Amerikada istehsal olunmadığına aydınlıq gətirib. “Apple” rəhbərliyindən əldə olunmuş məlumatlara görə, hazırlanmış hesabatda bildirilir ki, “iPhone” istehsalında təqribən 8700 sənaye mühəndisi və 200 min montaj işçisi çalışır.
Şirkət analitikləri bu sayda ixtisaslı mühəndisi ABŞ-da tapmağın 9 ay sürəcəyini müəyyən ediblər. Lakin bu iş Çində 15 gün davam edib. İxtisaslı kadrların çox olmasından əlavə, Çində lazımi satış zəncirinin və ucuz əmək bazarının olması da öz təsirini göstərib.
25/01/12 Çap et