Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kelihos” botnetinin yaradılmasında ittiham olunan Sabelnikov əvvəllər “Agnitum” şirkətində işləyib
“Microsoft” korporasiyası “Kelihos” botneti ilə bağlı iddia üzrə cavabdehlərin siyahısına Rusiya vətəndaşı, Sankt-Peterburqda yaşayan Andrey Sabelnikovu da əlavə edib.
İnternetdə olan informasiyaya əsasən, Sabelnikov son 6 il ərzində kompyuter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış bir neçə şirkətdə, həmçinin məşhur “OutPost Antivirus Pro” antivirus paketi və “Outpost Firewall Pro” şəbəkə ekranı çıxaran Rusiyanın “Agnitum” şirkətində işləyib.
“Agnitum” şirkətindən təsdiqləyiblər ki, Sabelnikov 2005-ci ildən 2008-ci ilə qədər şirkətdə müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin sonunda o, öz istəyi ilə “Agnitum” şirkətini tərk edib.
“Microsoft” korporasiyasından iddia edirlər ki, ziyanverici “Kelihos” proqramının kodunun təhlili sübut edir ki, onu Andrey Sabelnikov yazıb.
25/01/12 Çap et