Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” sosial şəbəkəsi 3 gün ərzində öz səhmləri ilə bütün əməliyyatları blok edəcək
"Facebook" sosial şəbəkəsinin səhmdarları 3 gün ərzində bu şirkətin səhmləri ilə müvəqqəti qadağa ilə əlaqədar ticarət edə bilməyəcəklər. Müvəqqəti qadağaya səbəb isə sosial şəbəkənin maliyyə hesabatının təcili hazırlanmasıdır.
Sonra o, ABŞ-ın Qiymətli kağızlar və birja üzrə komissiyasına göndəriləcək. Bu barədə etibarlı mənbələrə istinadən "Bloomberg" agentliyi bildirib.
Hərçənd ki, satınalma və satış üçün sifarişləri hələ də göndərmək mümkün olacaq, lakin onlara "Facebook"-un hüquq nümayəndələri olan "Fenwick & West LLC" firması tərəfindən yanvarın 25-dən 27-dək olan dövrdə baxılmayacaq.
25/01/12 Çap et